“Qəbələ” – “Lill” oyununun biletləri 2 satış nöqtəsində

UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək "Qəbələ" – "Lill” (Fransa) matçının biletləri sabah – avqustun 1-dən satışa çıxarılacaq.
Newsport.az-ın məlumatına görə, biletləri saat 15:00-dan etibarən 2 satış nöqtəsindən - oyunun keçiriləcəyi "Bakcell Arena"nın və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından almaq olar. 
 
Qiymətlər sektorlardan asılı olaraq, 1 manat və 2 manat, VİP sektorlar üçün isə 10 manatdır. 
 

Xatırladaq ki, avqustun 4-də "Bakcell Arena"da keçiriləcək "Qəbələ" – "Lill” qarşılaşması saat 21:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right