“Qəbələ” – “Lill” matçının hakimi bəlli oldu

Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək "Qəbələ" - "Lill" matçının hakimləri açıqlanıb.

Newsport.az-ın məlumatına görə, görüşü Rusiyadan olan hakimlər briqadası idarə edəcək.
 
Belə ki, oyunun baş hakimi Aleksey Yeskov olacaq. Ona Dmitri Mosyakin və İqor Demeşko köməklik edəcəklər. Dördüncü hakim funksiyasını isə Vladimir Moskalev icra edəcək.
 
Qeyd edək ki, avqustun 4-də baş tutacaq "Qəbələ" - "Lill" qarşılaşması saat 21:00-da start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right