"Lill"in futbolçusu: "Qəbələ" kimi komandalara qarşı oynamaq çətindir"

Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində "Lill” doğma meydanında "Qəbələ” ilə 1:1 hesablı heç-heçə edib.
Newsport.az-ın məlumatına görə, "Lill”in müdafiəçisi Sebastian Korçia oyundan sonra açıqlama verib:

"İlk hissədə bərbad oynadıq. Fasilədən sonra isə özümüzə gəldik. Çoxsaylı hücumlar təşkil etsək də, yalnız bir qolla kifayətləndik. Cavab matçı çətin keçəcək. Artıq "Qəbələ”ni daha yaxından tanıyırıq. Belə komandalara qarşı oynamaq çox çətindir. Bakıya qələbə üçün yollanacağıq”.
 
Korçia Ederin yoxluğundan da danışıb:
 
"Eder möhtəşəm futbolçudur. O, ötən mövsümün 2-ci yarısında bizə qoşuldu və fantastik mövsüm keçirdi. Eder cavab matçında bizə lazım olacaq”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right