Gecənin sürprizi: Samir Məsimovun komandası “Vest Hem”i məğlub etdi

Avropa Liqasınının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçirilən matçlarda gecənin sürprizlərindən biri Sloveniyada qeydə alınıb.

Newsport.az-ın məlumatına görə, öz meydanında İngiltərənin "Vest Hem” komandasını qəbul edən "Domjale” gözlənilmədən qələbə qazanıb. 
 
Milli komandamızın sabiq üzvü Samir Məsimovun şərəfini qoruduğu komanda "Vest Hem”i 2-1 hesabıyla məğlub edib.  "Neftçi”nin sabiq üzvü sözügedən matçda iştirak etməyib. Onun adı oyunun iştirak ərizəsinə daxil edilməyib.  
 
Qeyd edək ki, komandalar arasında cavab görüşü bir həftə sonra İngiltərədə baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right