Teo Uiks: "Cavab oyununda "Lill"ə qalib gəlməliyik"

"Qəbələ"nin yarımmüdafiəçisi Teo Uiks Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Fransanın "Lill" klubuna qarşı keçirdikləri səfər oyunundan (1:1) sonra müsahibə verib:

- Oyun barədə nə deyə bilərsiniz?
- Çətin oyun oldu. Qələbə qazanmaq istəyirdik, amma heç-heçə ilə kifayətlənməli olduq.

- Birinci hissədə sizin də qol vurmaq şansınız oldu...
- Şans oldu, amma ondan yararlana bilmədim. Əlbəttə, elə bir imkanı əldən verdiyim üçün təəssüflənirəm.

- Həmin epizodda fərqlənsəydiniz, qələbə daha da yaxın olacaqdınız...
- Bəli, tarixi qələbəyə yaxın idik. Təəssüf ki, onu əldən verdik.

- Fasilədən sonra nə dəyişdi ki, komandanızda heç nə alınmadı?
- "Lill" evdə oynayırdı və məğlub duruma düşmüşdü. Azarkeşəri də komandanı irəli səsləyirdilər. Biz üstünlüyümüzü qorumağa, əks-hücumlara bel bağlayırdıq.

- Heç-heçəyə görə sevinmirsiniz?
- Biz hələ mərhələ keçməmişik. Sadəcə, səfərdə yaxşı nəticə qazanmışıq. Amma buna görə də sevinməyə dəyər.

- Mövsümə inamlı başlamısınız. Bilirsiniz ki, sizdən hər oyunda daha da çox şey gözlənilir?
- Bəli, bu, məsuliyyətimi daha da artırır.

- Cavab oyununda nə gözləyək?
- Komandamızın qələbəsini. Öz meydanımızda qalib gəlməliyik.

azerisport.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right