“Bu nəticəni Cavid Hüseynova həsr edirik” – Roman Qriqorçuk

"Biz bu nəticədən çox razıyıq. Komandamızın adından deyirəm ki, bu nəticəni Cavid Hüseynova həsr edirik".

Newsport.az-ın məlumatına görə, bu sözləri Avropa Liqasının III təsnifat mərhələsinin “Lill” – “Qəbələ” oyunundan (1:1) sonra keçirilən mətbuat konfransında təmsilçimizin baş məşqçisi Roman Qriqorçuk deyib.

Ukraynalı mütəxəssis qarşılaşma haqda fikirlərini açıqlayıb: “Rəqibin səviyyəsini, reytinqini nəzərə alsaq, bu heç-heçə bizim üçün tarixi nəticədir. Biz bu nəticədən çox razıyıq. Komandamızın adından deyirəm ki, bu nəticəni Cavid Hüseynova həsr edirik. Əlbəttə ki, özümüzə inanırıq. Mərhələ adlamaq üçün bizdən asılı olan hər şeyi edəcəyik. Özünəinamımızı o artırır ki, bir həftəyə daha yaxşı oynaya biləcək potensialımız var. Təcrübə oyundan-oyuna qazanılır. “Lill” yüksək sürətə malik futbolçulardan təşkil olunub. Onlara qarşı ya eyni dərəcədə sürətli olmalısan, ya da taktikadan yararlanmalısan”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right