"Şanslar 50/50-dir" – "Lill"in baş məşqçisi

"Komandada çətinliklər var idi. Erkən qol buraxmağımız pis oldu. Bakıdakı oyunda daha hazırlıqlı olacağıq". 
Newsport.az-ın məlumatına görə, bu sözləri "Lill"in baş məşqçisi Frederik Antonetti Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyununda evdə "Qəbələ" ilə bərabərə qaldıqları matçdan (1:1) sonra deyib. 

Antonetti komandasının mərhələ keçmək şansının 50-nin 50-yə olduğunu bildirib: "Cavab oyunu barədə nəsə demək çətindir. İnanıram ki, mərhələni adlayacağıq. Çox hücum etdik, ancaq bu fürsətlərin hamısından istifadə edə bilmədik. "Qəbələ" təcrübəli komandadır. Mərhələ adlamaq şansımız 50/50-dir". 

Komandasının əsas hücumçusu Ederin də durumuna aydınlıq gətirən Antonetti bunları deyib: "Eder cavab oyunu üçün Bakıya gedəcək heyətdə ola bilər. Amma yüz faiz deyə bilmərəm ki, cavab görüşündə meydana çıxacaq, ya yox".

qol.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right