“Lill” yeni transferini “Qəbələ” ilə oyun üçün sifariş etdi

"Qəbələ"nin Avropa Liqasının III təsnifat mərhələsindəki rəqibi "Lill" yeni transferi Yunus Sankareni də sifariş edib.

Newsport.az-ın məlumatına görə, seneqallı futbolçunun adı "Qəbələ" ilə oyunların sifariş ərizəsinə daxil edilib. 

Bu isə o deməkdir ki, Fransa klubunun baş məşqçisi Frederik Antonetti şans verəcəyi təqdirdə Sankare "Qəbələ"yə qarşı oyunlarda meydana çıxa biləcək. 

Qeyd edək ki, bu axşam keçiriləcək "Lill" – "Qəbələ" matçı Bakı vaxtı ilə 21:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right