Teo Uiks: "Lill"dən qorxmuruq"

"Rəqibə hömətlə yanaşırıq. Ancaq onlardan qormuruq".
 
Newsport.az saytının məlumatına görə, bu sözləri "Qəbələ"nin futbolçusu Teo Uiks deyib.
 
"Qırmızı qaralar" bu gün Avropa Liqasında növbəti matçına çıxacaq. "Qəbələ" sözügedən turnirin III təsnifat mərhələsinin ilk oyunları çərçiəsində Fransanın "Lill" komandasında qonaq olacaq.
 
"Qəbələ"nin Liberiyadan olan futbolçusu Teo Uiks qarşılaşmadan öncə xarici mətbuata açıqlama verib. Uiks bu gün Fransada baş tutacaq qarşılaşmanın asan olmayacağını dilə gətirib: "Biz futbol oynamağa çalışacağıq. Bütün oyunlara olduğu kimi, bu matça da yaxşı hazırlaşmışıq. Biz növbəti mərhələyə adlamaq üçün özümüzü tam hazır hiss edirik. Düzdü, biz çətin matç olacağını başa düşürük. Bütün bunlara baxmayaraq, mən komandamıza inanıram.  İlk mərhələdən mübarizəyə başlamışıq və bura qədər irəliləmişik. Güclü komandalarla qarşılaşsaq da, onları mübarizədən kənarlaşdıra bilmişik. Həm fiziki, həm də psixoloji baxımdan "Lill”lə oyuna da hazırıq”.
 
Qeyd edək ki, "Lill” – "Qəbələ” matçı Bakı vaxtı ilə 21:00-da start götürəcək.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right