“Qəbələ” Fransadan sərfəli nəticə ilə qayıdır! YENİLƏNİB

Bu gün Avropa Liqasında III təsnifat mərhələsinin oyunlarına start verilib.

Newsport.az-ın məlumatına görə, turnirdə yeganə təmsilçimiz “Qəbələ” də növbəti oyununa çıxıb.

Roman Qriqorçukun komandası Fransada “Lill”in qonağı olub. Görüş 1:1 hesabı ilə başa çatıb.

Qeyd edək ki, bu komandalar arasında cavab qarşılaşması avqustun 4-ü keçiriləcək.

Xatırladaq ki, təmsilçimiz buna qədər Gürcüstanın “Samtredia”, Macarıstanın MTK klubunu mübarizədən kənarlaşdırıb. “Lill” isə birbaşa III təsnifat mərhələsindən mübarizəyə başlayır.

 



28 iyul

Avropa Liqası, III təsnifat mərhələsinin ilk oyunu

21:00. "Lill" (Fransa) - "Qəbələ" (Azərbaycan) - 1:1
Qollar: 
Vernidub, 12 (0:1), Mendes, 46 (1:1) 
Baş hakim: Daniel Stefanski
Baş hakimin köməkçiləri: Rafal Rostkovski, David İqor Qolis
Dördüncü hakim: Zbiqnev Dobrınin (hamısı Polşa)
Lill. "Metropol Arena”





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right