"Lill" - "Qəbələ" matçının Pyer Moruada keçirilməsinə Rihanna mane olub

Bu gün "Qəbələ" Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində səfərdə Fransanın "Lill" klubunun qonağı olacaq.

Newsport.az-ın məlumatına görə, bu qarşılaşma "Lill"in əsas və yeni stadionunda - "Pyer Morua"da yox, ehtiyat stadionunda - "Lill-Metropol"da keçiriləcək.

Buna iyulun 24-də "Pyer Morua"da məşhur müğənni Rihannanın konsert verməsi səbəb olub. Belə ki, konsertdən sonra "Lill" rəhbərliyi arenanın qazonunu dəyişdirməyi planlaşdırdığı üçün, "Qəbələ" ilə matçın "Lill-Metropol"da keçirilməsinə qərar verib.

Qeyd edək ki, bu iki stadion arasında çox böyük fərq var. Məsələ burasındadır ki, "Lill-Metropol" arenası 18 185 azarkeş tutumuna malik olduğu halda, "Pyer Morua" 50 186 azarkeş qəbul edə bilir.

İyulun 28-də baş tutacaq "Lill" - "Qəbələ" matçı Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

azerisport.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right