Fransa mətbuatı “Qəbələ” haqqında yazdı: Bu komandadan ehtiyatlı olun!

Avropa Liqasının II təsnifat mərhələsində Macarıstanın MTK klubunu mübarizədən kənarlaşdıran "Qəbələ" növbəti mərhələdə Fransanın "Lill" klubu ilə qarşılaşacaq.
Newsport.az-ın məlumatına görə, Fransa mətbuatı "Lill"in rəqibi olan "qırmızı qaralar" haqqında yazı dərc edib. Faransalı həmkarlarımız "Qəbələ"ni "Lill"

ə mübarizə aparacaq gücdə olan bir kiomanda kimi təqdim edib.
"Fransa futbolu Azərbaycan futbolundan qat-qat üstündür. Lakin Azərbaycan klubları qitə miqyaslı turnirlərdə uğurlu çıxış edirlər. "Qəbələ" ötən mövsüm Avropa Liqasının qrup mərhələsində iştirak edib və qrupu son pillədə tamamlayıb. "Qırmızı-qaralar" ölkə çempionatını 3-cü pillədə bitirib.

"Qəbələ" kiçik rayonu təmsil edir. Komandanı ukraynalı mütəxəssis Roman Qriqorçuk çalışdırır. "Qəbələ"nin heyətində ukraylı, xorvatiyalı, braziliyalı və gürcü futbolçular var. Həmçinin Fransa II Liqasından bizə tanış olan Baqali Dabo və Marsel Essombe də bu klubun şərəfini qoruyur.
Artıq "Lill"in rəqibi iki mərhələ keçib. "Qırmızı-qaralar"ın az olsa da, Avropa təcrübəsi var. Ötən mövsüm "Apollon" və "Panatinaikos" kimi güclü klubları mübarizədən kənarlaşıdıran komandadan ehtiyatlı olun! Bu komandaya yuxarıdan aşağı baxmaq olmaz".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right