Mövqeyimiz təhlükəyə girdi

Avrokuboklarda klublarımızın çıxışından sonra ölkəmizin əmsalı daha da artıb.

Newsport.az-n məlumatına görə, Avropa Liqasında “Şkendiya”ya məğlub olan “Neftçi”dən fərqli olaraq, evdə Macarıstan MTK-sını üstələyən “Qəbələ” reytinq xalımızı 0.250 xal zənginləşdirdi.

 Ölkəmizin reytinq əmsalı 15.375-ə bərabərdi. Bizdən bir pillə irəlidə - 23-cü yerdə olan Şotlandiya təmsilçiləri hesabına 0.375 xal yığdığından aradakı fərqi artırıb. İndi britaniyalıların aktivində 16.300 xal var. 25-ci pillədəki izləyicimiz Kipr təmsilçiləri qazandıqları qələbələrlə ölkələrinin hesabını 0.500 xal zənginləşdirib. Azərbaycanla aradakı fərqi azaldan adıçəkilən ölkənin aktivində 15.175 xal var.  Qeyd edək ki, cari mövsümdə ölkəmizin aktivinə “Qəbələ” 0.750, “Qarabağ”, “Kəpəz” və “Neftçi” isə hərəyə 0.375 xal qazandırıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right