Bruno Akrapoviç: "Futbolçularım həyəcanlı idilər"

"Neftçi" Avropa Liqasının 2-ci təsnifat mərhələsində Makedoniyada "Şkendiya"ya 0:1 hesabı ilə uduzaraq mübarizə dayandırıb.
Newsport.az-n məlumatına görə, görüşdən sonra mətbuat konfransında "Şkendiya"nın baş məşqçisi Bruno Akrapoviç qələbəni şərh edib.
 
"Oyunçularımla qürur duyuram. Mükəmməl oyun nümayiş etdirdik. Üstlərində böyük təzyiq var idi.Fərqi artıra da bilərdik. Bəlkə də, futbolçularım həyəcanlı idilər. Ən əsası istəyimizə nail olduq. Komandamızı daha da yuxarılara qaldırmaq istəyirik". 
 
Akrapoviç 3-cü təsnifat mərhələsindəki rəqibi "Mlada Boleslav" haqda da danışıb:
 
“Mlada”nın oyunlarına baxmamışdım. Çünki diqqətimzi bu oyuna cəmləmişdik. Artıq rəqibi təhlil edəcəyik. “Şkendiya” uğurlu çıxışına davam etmək niyyətindədir".

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right