Teo Uiks: “İşimiz heç də asan olmayacaq”

Avropa Liqasının II təsnifat mərhələsində Macarıstanın MTK klubunu mübarizədən kənarlaşdıran "Qəbələ”nin futbolçusu Teo Uiks ötən gün Bakıda baş tutan görüşdən sonra (2-0) jurnalistlərin suallarını cavablandırıb: 
 
- Cavab oyununda da Macarıstan klubundan üstün oldunuz. Matç haqqında fikirləriniz necədi?
- Fikrimcə, çox çətin oyun oldu. Rəqibi asanlıqla məğlub edə bilmədik. Qələbə qazanmaq üçün çox əziyyət çəkdik. Artıq MTK-nı geridə qoymağı bacarmışıq. Növbəti mərhələyə adladığımız üçün kifayət qədər sevincliyik. 
 
- Necə düşünürsən, I təsnifat mərhələsində üstələdiyiniz "Samtredia” güclü idi, yoxsa MTK?
- Əlbəttə ki, "Samtredia”. Onlar daha yaxşı mübarizə aparırdılar. MTK isə uzun ötürmələrdən istifadə edirdi. Yəqin onların oyun üslubu belədi. 
 
- Növbəti mərhələdəki rəqibiniz Fransanın adlı-sanlı "Lill” komandasıdı. Rəqib haqqında nə deyə bilərsiniz?
- "Lill” haqqında danışmağa dəyməz.  Çünki hər kəs rəqibimizin kim olduğunu yaxşı bilir. "Lill”in güclü və mübariz komanda olduğunu dərk edirik. Layiqli oynamağa çalışacağıq. Amma işimiz heç də asan olmayacaq.
 
- Komanda yoldaşınız Məhəmməd Mirzəbəyov müsahibəsində bildirdi ki, "Lill”in Ederi varsa, bizim Teo Uiksimiz var...
- ... (gülür). Eder son Avropa çempionu olan Portuqaliya millisinin hücumçusudu. Onu yaxından tanımıram, heç dostluq əlaqəmiz də yoxdu. Amma onunla bir neçə qarşılaşmada üz-üzə gəlmişik. Ederə qarşı oynamaq maraqlı olacaq. Biz rəqibimizdən çəkinmək və ya qorxmaq fikrində deyilik. Layiqli mübarizə aparacağıq. Meydanda bacardığımızın ən yaxşısını edəcəyimizə əminəm. 
 
- "Qəbələ”nin heyətində 4 oyuna 5 qol vurmusan. Məhsuldarlığını davam etdirmək niyyətindəsən?
- Əbəttə, qol vurmaq və komandanın qələbəsində pay sahibi olmaq çox sevindirici haldı. İstəyirəm ki, "Qəbələ”nin heyətində kifayət qədər qollar vurum.  Komandama faydalı olmaq istəyirəm. Uğurlu olmaq üçün bundan sonra da var gücümlə çalışacağam.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right