"Qəbələ" Avroliqanın üçüncü mərhələsində! YENİLƏNİB

Bu gün Avropa Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları keçirilir.

Newsport.az-ın məlumatına görə, bu turnirdəki təmsilçimiz “Qəbələ” də Macarıstan MTK-sı ilə qarşılaşacaq.

Səfərdə bu rəqibinə 2:1 hesabıyla qalib gələn Roman Qriqorçukun çalışdırdığı komandamız mərhələ adlamağa çox yaxındır. Qəbələlilərə bunun üçün hətta heç-heçə də bəs edəcək.
 
Qeyd edək ki, MTK səddini keçəcəyi halda, "Qəbələ" növbəti mərhələdə Fransanın “Lill” klubu ilə qarşılaşacaq.

 

21 iyul

Avropa Liqası, II təsnifat mərhələsinin cavab oyunu

21:00. "Qəbələ" (Azərbaycan) - MTK (Macarıstan) 2-0

Qol:Sergey Zenyov, 7 (1-0),Teo Uiks,37 (2-0)
İlk oyun - 2:1
Baş hakim: Mete Kalkavan 
Köməkçi hakimlər:Ceyhun Sesigözəl və Esat Sancaktar 
Dördüncü referi: Serkan Çinar (hamısı Türkiyə)
Bakı. 8-ci km qəsəbə stadionu.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right