MTK-nin baş məşqçisi: "Evimizə qələbə ilə dönmək istəyirik"

Avropa Liqasının II təsnifat mərhələsinin cavab qarşılaşmasında “Qəbələ” Macarıstanın MTK klubunu qəbul edəcək. Oyundan əvvəl MTK-nin baş məşqçisi Teodoru Vasilis jurnalistlərin suallarını cavablandırıb:
 
Newsport.az həmin müsahibəni təqdim edir:
 
 
Hamınızı salamlayıram. Sabahkı oyun haqda deyə bilərəm ki, “Qəbələ” ilk oyunda özünü yaxşı tərəfdən göstərmişdi. İstəyirdik ki, ilk oyunda qalib gələk, amma rəqibimiz çox güclüdür. Mən “Qəbələ”nin oyunlarını çox izləmişəm. Evimizə qələbə ilə dönmək istəyirik. Sabah gözəl oyun nümayiş etdirəcəyik.
 
- “Qəbələ” sizi ilk oyunda necə təəccübləndirdi?
- İlk oyunda hər şey yaxşı gedirdi. Penaltidən yaralana bilməmişdik. Çox təəssüflənirəm. “Qəbələ” yaxşı komandadır.
 
- Komandanın əksəriyyəti macarıstanlı futbolçulardır və MTK-nin yetirməsidir. Komandanızın oyunçuları müqaviləyə əsasən “Liverpul”un akademiyasında çıxış edirlər. “Qəbələ”də isə hər şey tam əksinədir. Komandada daha çox legionerlər var.
- Bizim futbolçular “Liverpul”un akademiyasında məşq keçirlər. Belə bir müqaviləmiz var. Heyətimzidə 2 legioner var. Sabah heyətimizdə daha çox macar futbolçular olacaq.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right