Dario Frederiko zəif oynamasının səbəbini dedi: “Admira”nın futbolçuları...”

"Bizə qol lazım idi, amma həmin qolu vurmağı bacarmadıq. Bir həftə qabaq səfərdə məğlub olmuduq, indi öz meydanımızda oynayırdıq. Qol vəziyyətləri yaratmalı idik, fərqlənməli idik. Ancaq bunu bacara bilmədik və məğlub olduq”.

Newsport.az-ın məlumatına görəbu sözlər "Kəpəz”in aparıcı futbolçusu Dario Frederikoya məxsusdu. 

 
"Kəpəz” Avropa Liqasının II təsnifat mərhələsində mübarizəni dayandırıb. Gəncəlilər səfərdə 1-0 hesabıyla məğlub olduğu Avstriyanın "Admira” komandasında bu gün evdə 2-0 hesabıyla məğlub. Braziliyalı futbolçunun fikrincə "Kəpəz” məğlub olsa da, pis oyun sərgiləməyib: "Fikirləşirəm ki, komandamız yaxşı oynadı. Xüsusən də ikini hissədə yaxşı futbol səgilədik. Ancaq bu səylərimiz qol vurmaq üçün yetmədi. Avropa Liqasında mübarizəni dayandırdığımız üçün təəssüflənirik. Mərhələ keçmək istəsək də, buna nail ola bilmədik”. 
 
Dario bu gün özünə bəslənilən ümidləri doğrulda bilməyib. Futbolçu oyun epizodlarında daha çox top itkilərinə yol verib. Frederiko zəif oyun nümayiş etdirməsinə belə şərh verib: "Admira”nın futbolçuları çox pressinq göstərirdilər. Düşünürəm ki, bu gün ona görə gözlənilənlərdən aşağı səviyyədə çıxış etdim.  Bunun uzun müddət zədəli olmağımla heç bir əlaqəsi yoxdu”. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right