Akrapoviç: “Neftçi” zəngin tarixi olan klubdur”

Avropa Liqası II təsnifat mərhələsinin cavab matçında “Neftçi”ni qəbul edəcək “Şkendiya”nın (İlk oyun: 0:0) baş məşqçisi Bruno Akrapoviçin oyunöncəsi mətbuat konfransında dedikləri:

“İlk oyunda 0:0 hesablı heç-heçə oldu və hesab edirəm ki, bu, bizimçün qənaətbəxşdi. Məncə, növbəti mərhələyə adlamaq üçün şanslıyıq. Bundan istifadə etməliyik. Bu, Makedonoiya futbolu adına yaxşı bir şansdır və bundan yararlanmalıyıq. 

- İnanırsınız ki, Şkendiya növbəti mərhələyə adlayacaq?

- Öncədən heç kim heç nəyi dəqiq deyə bilməz. “Neftçi” zəngin tarixi olan klubdur. Ciddi rəqibdir. Öncədən proqnoz vermək çətindir. 

- Sanki “Şkendiya” təzyiq altında oynamır. Bu amil komandanın oyununa necə təsir göstərər?

- Sizin kimi düşünmürəm, hesab edirəm ki, kifayət qədər təzyiq var, lakin biz ən yaxşı oyunumuzu oynamağa çalışırıq. Hər şey nəzarətimizdədir.

- Əgər hansısa xoş olmayan sürpriz olsa, qarşılığında planınız varmı?

- Əlbəttə, bütün riskləri, sürprizləri nəzərdə tutmuşuq və çalışacağıq ki, çarəsiz qalmayaq.

- A, B, C, planlarınız var? Oyun penaltilərə gedərsə oyun, buna hazırlığınız olub?

- Bəli, bürtün planlarımız var. Penaltilər də D planıdı.

- Heyətdə hər hansısa dəyişiklik olacaq?

- Əgər oyunda dominantlıq eləsək, heyəti dəyişməyə dəyməz. İlk oyuna nisbətən hansısa ciddi dəyişiklik planım yoxdur.

- Bakıdakı oyunda, əsasən, mərkəzdən hücumlar qurulurdu, cinahlardan “Neftçi”nin müdafiəsini yarmaq alınmadı. Bu dəfə də bu üslubda oynamağı düşünürsünüz, yoxsa başqa variantlar var?

- Bu fikirlə bir qədər razı deyiləm. Hardasa elədir - mərkəzdən hücumlar qururduq, ancaq deməzdim cinahlardan istifadə etmirdik. Məsələn, real qol şansını da cinahdan qururulan hücumda əldə etmişdik. 

- Ümid edirik ki, “Şkendiya” növbəti mərhələyə keçər. Əgər bu, belə olarsa, növbəti rəqib haqda düşünmüsüzmü?

- Yox. Növbəti mərhələ haqda indidən düşünmək və danışmaq tezdir. Əvvəlcə qarşıdakı ciddi rəqibi keçmək lazımdır. Bütün düşüncəmiz məhz bu oyunla bağlıdır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right