“Şkendiya”nın futbolçusu: “Neftçi” yaxşı təşkil olunmuş komandadı”

“Neftçi” AL-in II mərhələsində Makedoniyanın “Şkendiya” klubu ilə səfər matçına hazırlaşır.

Newsport.az-ın məlumatına görəİlk oyunda qolsuz bərabərliyə nail olan “ağ-qaralar”ın rəqibi oyunöncəsi mətbuat konfransında baş məşqçi Akrapoviçdən başqa vitse-kapitan Ardian Çuçuli sualları cavablandırdı:

“Bildiyiniz kimi, “Neftçi” ilə ikinci oyunumuza çıxacağıq. Diqqətli olmalıyıq. “Neftçi” yaxşı təşkil olunmuş komandadı. İlk oyundakı nəticə şansımızı əldə saxlayır, çalışıb, bundan istifadə eləməliyik. Əlimizdən gələni edəcəyik ki, üçüncü mərhələyə adlayaq, klub tarixində yeni səhifə yazaq”.

- İlk oyun heç heçə bitdiz- 0:0. Düşünmürsüz ki, evdə buraxılan qol vəziyyəti xeyli gərginləşdirər?

- Əlbəttə, bunu bilrik və düşünmüşük. Oyunda maksimum diqqətli olmalıyıq. Həm də azarkeş, doğma meydan amilindən istifadə eləməyə çalışmalıyıq. 

- İlk youndan sonra rəqibi nə qədər tanıyırsız: növbəti mərhələ şanslarınızı necə dəyərləndirərdiz?

- Əlli-əlliyə. Təbii ki, 80-20 nisbətində deyil durum, güc və şans nisbəti təxminən bərabərdir. Biz şanslarımızdan istifadə etməliyik.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right