Simaitis: “Cavab matçı ilk oyunun oxşarı olacaq”

Bu gün UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsində "Kəpəz” Avstriyanın "Admira” klubunu qəbul edəcək.
Newsport.az-ın məlumatına görə, qarşıdakı matç öncəsi "sarı-göylər”in qolkiperi Tadas Simaitis oyunla bağlı fikirlərini klub saytı ilə bölüşüb: 
"Hələ ilk oyunda bütün futbolçular yaxşı nəticə qazanmaq üçün meydanda gücünü qoydular. "Admira” oynadığı oyunla yaxşı komanda olduğunu göstərdi. Səfərdə qeydə alınan hesab oyuna görə oldu. Amma bu hesab bizdə ümid yaradıb. Düşünürəm ki, Bakıda qələbə qazanmaqla növbəti mərhələyə adlaya bilərik. Cavab matçı ilk oyunun oxşarı olacaq. Müdafiədə etibarlı oynayıb qol buraxmamağa çalışmalıyıq. Eyni zamanda qol vurmaq üçün vaxtımızı gözləməliyik. Rəqibin mərhələ keçmək şansı yüksək qiymətləndirilir. Lakin vuracağımız qol oyunun taleyini dəyişdirə bilər”.
 
Qeyd edək ki, "Kəpəz" - "Admira" matçı bu gün baş tutacaq. "Dalğa Arena"da reallaşacaq matç saat 20:00-da başlayacaq.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right