Julien Ebah: “Taleyimiz öz əlimizdədi, tarixi fürsəti əldən buraxmamalıyıq”

"Bizi çox çətin oyun gözləyir, bunu hamımız başa düşürük. "Admira" güclü, komplektləşmiş komandadır, sürətli oynayırlar. İkinci oyunda hər şey baş verə bilər. Evdə oynayırıq, təbii ki, bizə sərf edən nəticəni qazanmağa çalışacağıq".
 
Newsport.az-ın xəbərinə görə,  "Kəpəz"in futbolçusu Julien Ebah Avropa Liqasının ikinci təsnifat mərhələsində "Admira" ilə cavab oyunu öncəsi klubun saytına deyib.
Onun sözlərinə görə, əgər səfərdə ələ düşən imkanları dəyərləndirə bilsəydilər, ilk görüşdə heç-heçənin qeydə alınması mümkün idi:  "Avstriyada bacardığımızı etdik. Məncə, orada qarşımıza qoyulan tapşırığın öhdəsindən gələ bildik. Taleyimiz öz əlimizdədir, tarixi fürsəti əldən buraxmamalıyıq”.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right