“Kəpəz” Avropa Liqasında mübarizəni dayandırdı YENİLƏNİB

Avropa Liqasında II təsnifat mərhələsinin cavab oyunlarına start veriləcək.

Newsport.az-ın məlumatına görə, Azərbaycanın "Kəpəz" klubu bu gün növbəti matçını keçirəcək.

Gəncə təmsilçisi evdə Avstriyanın "Admira" klubunu sınağa çəkəcək. Səfərdə rəqibinə 0:1 hesabı ilə uduzan Şahin Diniyevin komandası həmin məğlubiyyətin əvəzini çıxmağa çalışacaq.

Qeyd edək ki, bu cütün qalibi III təsnifat mərhələsində Çexiyanın "Slovan" klubu ilə qarşılaşacaq.

 

 


20 iyul

Avropa Liqası, II təsnifat mərhələsinin cavab oyunu

20:00. "Kəpəz" (Azərbaycan) 0-1 "Admira" (Avstriya)

Qol:  Kristof Knasmüllner 17`.
İlk oyun - 0:1
Baş hakim:
 Vitali Meşkov 
Köməkçi hakimlər: Valeri Dançenko və Maksim Qavrilin 
Dördüncü referi: Mixail Vilkov (hamısı Rusiya)
Bakı. "Dalğa Arena".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right