“Admira”nın futbolçusu: “Bu, bizim üçün bəhanə olmamalıdı”

"Matçın ciddiliyini dər edirik. "Kəpəz”ə ciddi rəqib kimi yanaşırıq. Dərk edirik ki, rəqibimiz zəif deyil”.

Newsport.az-ın məlumatına görə, bu sözləri Avstriyanın "Admira” komandasının futbolçusu Ştefan Çvirşiç deyib. 
 
Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində "Admira” sabah "Kəpəz”in qonağı olacaq. Oyundan bir gün öncə keçirilən mətbuat konfransında  komandanın Oliver Ledererlə yanaşı Çvirşiç də iştirak edib. 
 
Futbolçu matçın gərgin idman şəraitində keçəcəyini vurğulayıb: "Rəqibimiz ilk oyundan fərqli olaraq, evdə yaxşı mübarizə aparacaq. Topu daha çox özümüzdə saxlamağaçalışmalıyıq. Ola bilər ki, paytaxtınızdakı isti hava şəraiti "Kəpəz” üçün müəyyən qədər üstünlük olsun. Lakin bu, bizim üçün bəhanə olmamalıdı. "Kəpəz”i II mərhələdə dayandırmaq üçün əlimizdən gələni etməyə çalışacağıq”. 
 
Qeyd edək ki, "Kəpəz” – "Admira” matçı sabah baş tutacaq. Matçı saat 20:00-da "Dalğa Arena”da reallaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right