"Admira"nın baş məşqçisi: "Kəpəz” əks hücumda yaxşı oynayır"

Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək "Kəpəz” – "Admira”matçından öncə mətbuat konfransı keçirilib. 
 

Newsport.az-ın məlumatına görə, "Admira”nın baş məşqçisi Oliver Lederer jurnalistlərin suallarını cavablandırıb: 
 
"Bizi qarşıladığınız üçün sizə təşəkkür edirəm. Hər şey yaxşıdı. Oyuna gəlincə, biz bilirik ki, çətin sınaq qarşısına çıxacağıq. Evdə yaxşı oynamışıq. Əlimizdən gələni edəcəyik ki, üçüncü mərhələyə vəsiqə qazanaq. Oyun 90 və ya 120 dəqiqə də davam edə bilər”.
 
- "Kəpəz”in hansı cəhətlərindən çəkinirsiniz?
- Rəqibi analiz etmişəm. "Kəpəz” əks hücumda yaxşı oynayır. Sabah topu özümüzdə saxlamalı, "Kəpəz”in əks hücumlarına şərait yaratmamlıyıq.
 
- "Admira” sabahkı matçda müdafiədən oynamayacaq?
- Belə deməzdim. "Admira” rəqibin oyununa görə oynamayacaq. Öz oyun stilimiz var və ona görə oynamalıyıq. İnanıram ki, hər şey bizim üçün yaxşı olacaq.
 
- "Kəpəz”in baş məşqçisi bildirdi ki, sabah karyerasının ən vacib oyununa çıxacaq. Sabahkı oyunun sizin üçün önəmi nədi?
- Heç bir önəmi yoxdu. Normal oyuna çıxacağıq.
 
- Mərhələ adlamamağınızı "Admira” üçün faciə hesab etmək olarmı? Məğlub olsanız Bakıda istefa vermək haqqında düşünmürsünüz?
- Faciə olmayacaq. Dediyim kimi, mən komandama inanıram. Məğlub olsaq belə, istefa vermək haqqında düşünəcəyəm. 
 - "Kəpəz”in baş məşqçisi sabah müharibədən qalib ayrılacaqlarına inandığını dedi. Siz necə düşünürsünz?

- Futbolda müharibə sözü işlətmək düzgün deyil. Bizi Bakıda yaxşı qarşılayıblar. Düşünürəm ki, sözlərə görə diqqətli olmalıyıq. Azarkeşlərin gözəl oyun izləyəcəyinə inanıram.
- Şahin Diniyev futbol mənasında müharibə sözünü deyib...

 - Onu deyə bilərəm ki, 90 dəqiqə sonunda qələbə bizim olacaq.
 - Bakıda hava çox istidi. Bu məqam sizə necə təsir edə bilər?
- Hava şəraiti hər iki komanda üçün eynidi. Ancaq hava şəraitini bəhanə etmək düzgün deyil. Dediyim kimi, hər iki komanda eyni şəraitdə oynayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right