"Üzərimizdə böyük təzyiq olacaq" - Teo Uiks

"Səfərə qələbə qazanmaq üçün yollanmışdıq. Avropa Liqası oyununda səfərdə qalib gəlmək çox çətindir. Ancaq biz çox çalışdıq və qələbə qazanmağa nail oldu".
 
Newsport.az-ın məlumatına görə, bu sözləri "Qəbələ"nin futbolçusu Teo Uiks Avropa Liqasının II təsnifat mərhələsində Macarıstanın MTK komandası ilə keçirəcəkləri cavab görüşü öncəsi "The Bush Chicken"ə açıqlamasında deyib.
 
Avropa Liqasında 4 qol vuran Liberiya millisinin üzvü komandasının arxayınlaşmamalı olduğunu bildirib: "Biz indi evdə oynayacağıq və ilk görüşdəkindən də çətin mübarizəyə atılacağıq. İkinci duel başa çatmamış, bizə rahatlaşmaq olmaz. MTK mərhələ adlamaq istəyirsə, qələbə qazanmağa çalışacaq. Buna görə də üzərimizdə böyük təzyiq olacaq. Lakin biz öz gücümüzə inanmalı və mərhələ adlamaq üçün ağır mübarizə aparmalıyıq".
 

Qeyd edək ki, iyulun 21-də 8-ci km qəsəbə stadionunda keçiriləcək "Qəbələ" - MTK oyunu saat 21:00-da başlayacaq. Bu komandalar arasında Macarıstanda keçirilən ilk oyunda "Qəbələ" 2:1 hesabı ilə qalib gəlib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right