"Bir tarix yazmışıqsa, niyə də davamını gətirməyək?"

"Hazırlıqlarımızı görmüşük. Oyuna ciddi şəklidə hazırlaşmışıq. Komanda var gücü ilə çalışır. Bütün gücümüzü ortaya qoyub, bizə sərf edən hesabı qazanmağa çalışacağıq. Çətin olacaq, qarşımızda güclü komanda dayanıb. Amma biz ilk oyunda da mübarizə aparmışıq. Bir qol buraxsaq da, taktiki cəhətdən yaxşı oynamışıq. Cavab qarşılaşmasında əlimizdən gələni edəcəyik ki, mərhələ adlayaq”.

Newsport.az -ın məlumatına görə, bu sözlər "Kəpəz”in futbolçusu Kərim Diniyevə məxsusdu.
 
Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Avstriyanın "Admira” komandasına qarşı keçiriləcək matçdan əvvəl saytımıza açıqlama verən Diniyev "Admira”nı keçəcəklərinə inandığını vurğulayıb: "Əlbəttə, "Admira”nı keçə bilərik. Səfərdə 8-0 və 9-0 hesabıyla məğlub olmamışıq ki, növbəti mərhələ haqqında düşünməyək. Bizim mərəhələ keçmək üçün riyazı cəhətdən, oyun cəhətdən şansımız var. Rəqib güclü komanda olsa da, onları mərhələdən qovmağa çalışacağıq”. 
 
Diniyev bildirib ki, "Kəpəz” kollektiv oyuna görə "Admira”nı üstələyə bilər: "Düşünürəm ki, ancan və ancaq kollektiv oyun və mübarizə fonuna mərhələ keçə bilərik.  Etiraf etmək lazımdı ki, rəqib ustalıq səviyyəsinə görə bizdən üstündü. İlk oyunda da rəqibin yaxşı futbolçulara malik olması özünü göstərdi. Biz ancaq kolletktiv şəkildə mübarizə aparmalı, döyüşməli və qalib gəlməliyik”. 
 
Oyun "Kəpəz”in 1-0 hesablı qələbəsiylə başa çatsa, əlavə artırılmış dəqiqələrə ehtiyac duyulacaq. Kərimin fikrincə, komadası 120 dəqiqə mübarizə aparmaqdan çəkinməyəcək: "Hər şey ola bilər. Oyunun taleyi penaltilərdə də həll oluna bilər. Psixoloji və fiziki cəhətdən hər bir şeyə hazırıq”. 
 
Təcrübəli futbolçu sabahkı oyunda məğlub olmaq haqqında düşünmədiklərini deyib: "Mübarizəni dayandırmaq haqqında fikirləşmirəm. İstəyirik ki, "Admira”nı üstələyək. Bir tarix yazmışıqsa, niyə də davamını gətirməyək? Biz bu günə qədər bunu fikirləşə-fikirləşə gəlmişik. Mübarizəni dayandırsaq, Avrokubok mövsümünü bizim üçün qənaətbəxş hesab etmək olar”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right