"Qəbələ"nin həlledici matçına bilet - 1 manat

UEFA Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Qəbələ" - MTK (Macarıstan) oyununun biletləri satışa çıxarılıb. 

Newsport.az saytının məlumatına görə, biletləri bu gündən etibarən "Bakcell Arena"nın (8-ci km stadionu) kassalarından almaq olar. 

Qiymətlər sektorlardan asılı olaraq, 1 manat və 2 manat, VİP sektorlar üçün isə 10 manatdır. Qeyd edək ki, iyulun 21-də "Bakcell Arena"da keçiriləcək "Qəbələ" - MTK matçı saat 21:00-da başlayacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right