"Qəbələ" MTK ilə Bakıdakı oyunun hazırlığına start verdi

“Qəbələ” UEFA Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyununun hazırlığına start verib. İyulun 14-də Macarıstanın Dyer şəhərində MTK ilə keçirilən ilk qarşılaşmanın (2:1) ardından bir günlük istirahətə buraxılan “qırmızı-qaralar” məşqlərini iyulun 16-da bərpa edib.

Newsport.az-ın məlumatına görəBakıda baş tutan hazırlıq prosesində futbolçular iki qrupda bölünüb. Günün ikinci yarısına təsadüf edən məşq zamanı Macarıstandakı görüşün iştirakçıları bərpaedici məşqlə kifayətləniblərsə, digər oyunçular toplu çalışmalara üstünlük verib. Budapeşt klubu ilə qarşılaşmanın hazırlığını davam etdirəcək “Qəbələ” bu gün növbəti məşqini keçirəcək. Hazırlıq günün ikinci yarısında baş tutacaq.
Xatırladaq ki, cavab oyunları çərçivəsində baş tutacaq “Qəbələ” – MTK qarşılaşması iyulun 21-də Bakıda keçiriləcək. “Bakcell Arena”dakı görüş Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right