“Neftçi”nin səfər oyununda belçikalılar

Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində Makedoniyada keçiriləcək "Şkendiya" - "Neftçi" görüşünün hakimlərinin adları açıqlanıb.

Newsport.az-ın məlumatına görə, qarşılaşmanı idarə etmək belçikalı hakimlər briqadasına həvalə olunub.
Baş hakim Erik Lambrextə Karel de Roker və Jo de Veyrdt yardım edəcək. Dördüncü hakim isə  Frederik Geldhofdu.

Xatırladaq ki, "Neftçi" və "Şkendiya" arasında Bakıda keçirilmiş ilk oyunda hesab açılmamışdı.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right