"Kəpəz" - "Admira" matçı rusiyalı hakimlərə tapşırıldı

Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində iyulun 20-də keçiriləcək "Kəpəz"  - "Admira" (Avstriya) görüşünün hakimləri müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, "Dalğa Arena"da baş tutacaq qarşılaşmanı Rusiyadan olan hakimlər briqadası idarə edəcək.
 
Matçın baş hakimi Vitali Meşkov, onun köməkçiləri isə Valeri Dançenko və Maksim Qavrilin olacaq. Mixail Vilkov isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.
 
Qeyd edək ki, komandalar arasında Avstriyada keçirilmiş ilk görüşdə "Admira" 1:0 hesablı qələbə qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right