“Neftçi” və ya “Şkendiya” ilə görüşməyin ciddi fərqi yoxdu"

“Bizim üçün rəqibin kimliyinin fərqi yoxdu. Bu mərhələdə istənilən komandaya qalib gəlmək iddiasındayıq”

Newsport.az -ın məlumatına görə, bu sözləri “Mlada Boleslav”ın kapitanı Lukaş Magera deyib. Çexiya klubunun 33 yaşlı hücumçusu Avropa Liqasının III təsnifat mərhələsinin bu gün keçirilən püşkatmasına münasibət bildirib.
 
"Neftçi” və “Şkendiya” arasında oyunun qalibi ilə qarşılaşacaq çexiyalıların futbolçusu potensial rəqibləri arasında ciddi fərq görmür. Magera yalnız səfərin uzaqlığında ehtiyatlanır. “Neftçi” “Şkendiya” səddini adlasa, “Mlada Boleslav”la ilk oyununu iyulun 28-də, cavab matçını avqustun 4-də keçirəcək. İlk qarşılaşma Bakıda keçiriləcək:

“Növbəti raunda yüksəlmək istəyirik və bunu gerçəkləşdirməyə çalışacağıq. Bu üzdən “Neftçi” və ya “Şkendiya” ilə görüşməyin ciddi fərqi yoxdu. Yalnız səfər görüşünün keçiriləcəyi yer baxımından rəqibləri fərqləndirə bilərəm. Bu baxımdan Makedoniya klubu ilə düşməyimiz yaxşıdı. Xəzər dənizi sahilinə uzun səfər isə heç də arzulanan deyil”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right