“Admira” və “Kəpəz” bir-birindən fərqlənir" - “Slovan”ın baş məşqçisi

“Admira” və “Kəpəz” bir-birindən fərqlənir. Hər ikisi bizə narahatlıq yarada biləcək rəqibdi”.
Newsport.az-ın məlumatına görə , bu sözləri Çexiyanın “Slovan” klubunun baş məşqçisi Hendrix Trpişovski deyib.
 
Avropa Liqasının ikinci təsnifat mərhələsinin “Admira” – “Kəpəz” cütünün qalibi növbəti mərhələdə məhz “Slovan”la qarşılaşacaq.
 
Bununla bağlı fikirlərini bölüşən Liberets təmsilçisinin çalışdırıcısı ehtiyatlı danışıb: “Hisslərim qarışıqdı. Azərbaycan futbolu bizim üçün həmişə qeyri-müəyyən olub. Bu mənada, Avstriya təmsilçisi ilə qarşılaşmaq daha yaxşı olardı. İlk oyunda qeydə alınan nəticə “Admira”nın şansını artırır. Qısası, bizi möhkəm rəqib gözləyir. “Admira”nın adı daha yüksək səslənir və bu komanda haqda daha çox məlumata sahibik. Üstəlik, Azərbaycandan fərqli, Avstriyaya məsafə daha azdı”.
 
Qeyd edək ki, “Kəpəz” “Admira” ilə keçirdiyi ilk görüşdə 0:1 hesablı məğlubiyyətə üzülüb. Bu komandalar arasındakı cavab matçı isə iyulun 20-də Bakıda baş tutacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right