"Qəbələ", "Neftçi" və "Kəpəz"in potensial rəqibləri bəlli oldu YENİLƏNİB

Bu gün Avropa Liqasının III təsnifat mərhələsinin püşkü atılıb.

Newsport.az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbirdə klublarımızın III təsnifat mərhələsindəki potensial rəqibləri müəyyənləşib.
 
Artıq hər üç klubumuzun potensial rəqibləri bəlli olub. Şahin Diniyevin komandası "Admira" səddini keçərsə, III təsnifat mərhələsində Çexiyanın "Slovan" klubu ilə qarşılaşacaq. "Qəbələ" MTK-nı mübarizədən kənarlaşdırarsa, növbəti mərhələdə "Lill" (Fransa), "Neftçi" isə "Şkendiya"nı keçərsə, "Mlada" (Çexiya) klubu ilə üz-üzə gələcək.

Qeyd edək ki, III təsnifat mərhələsinin oyunları 28 iyul və 4 avqust tarixlərində keçiriləcək. 
 

"Lill" (Fransa) - "Qəbələ"

"Neftçi" - "Mlada Boleslav" (Çexiya)

"Kəpəz" - "Slovan" (Çexiya)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right