“Neftçi”nin yeni transferi: “Skopyeyə qələbə qazanmaq üçün gedəcəyik”

Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyununda Makedoniyanın “Şkendiya” komandası ilə qarşılaşan “Neftçi” qolsuz heç-heçə edib.

Oyundan sonra paytaxt klubunun yeni transferi Krşevan Santini Newsport.az-ın əməkdaşının da suallarını cavablandırıb.

 
- Yenə doğma meydanda qələbə qazana bilmədiniz. Oyunu necə analiz edərdiniz?
-  Hər iki komandanın qol vurmaq və qələbə qazanmaq üçün şansı var idi. Ancaq fərqlənmək heç bir komandaya qismət olmadı. Bizi daha bir 90 dəqiqə gözləyir. Skopyeyə qələbə qazanmaq üçün gedəcəyik.
 
- “Neftçi”nin “Baltsan”la cavab oyununa nisbətən daha yaxşı oynadığını demək olarmı?
- Tamamilə razıyam. Düzgün qeyd etdiniz. Bu dəfə panikaya düşmədik, yaxşı oynadıq. Azarkeşlərə də bizi sona qədər dəstəklədiklərinə görə təşəkkür edirik.
 
- Amma azarkeşlərin bir qismi komandanı fitə basırdı...
- Başa düşürəm, “Neftçi” Azərbaycanın küklü və böyük klublarından biridir. Bu baxımdan azarkeşlərin hər oyunda komandadan qələbə istəmək haqqı var. Biz də onları sevindirmək istəyirdik. Lakin alınmadı. Futbolda hər cür vəziyyətlə qarşılaşmaq olur. Bəzən oyun yaxşı alınır, bəzən isə yox. “Baltsan”ın timsalında bunu gördük. Yeni yığılıb heyətimiz. Vaxta ehtiyacımız var.
 
- Rəqib topla sizdən daha yaxşı oynayırdı. Hətta onların qol epizodları “Neftçi”dən dəfələrlə çox idi...
- Biz onları arxada qarşılamağa çalışırdıq. Çünki rəqibin heyətində texnikalı futbolçular çox idi. Onları irəli buraxdıq. Əsas məqsəd qol buraxmamaq idi.
 
- “Neftçi”nin gözlənilən hücum futbolunu oynamaması nədən irəli gəlirdi?
- Hücum deyəndə, Fransa da Portuqaliyadan daha çox hücum etdi. Bu, futboldu. Oyunun alınıb-alınmamasının da təsiri var. Heyətimiz yeni yığılıb. Amma rəqib komanda – həm “Baltsan”, həm də “Şkendiya”nın futbolçuları 4-5 ildi eyni heyətlə çıxış edir. Ona görə də meydanda anlaşmaları daha yaxşı olur.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right