"Qəbələ" Macarıstanda 70-ə çatdı və ilkə imza atdı

Avropa Liqasında II təsnifat mərhələsinin ilk oyunları keçirilib. 

Newsport.az-ın məlumatına görə, “Qəbələ” Macarıstanda MTK-nın qonağı olub. Ötən mövsüm birinci mərhələdən başlayaraq qruplara qədərə irəliləməyi bacarmış Roman Qriqorçukun yetirmələri Azərbaycan tarixində ilk dəfə bir macar klubu ilə oynayıb.
 
Görüş təmsilçimizin qələbəsi ilə başa çatıb. Oyunun ilk 15 dəqiqəsinin tamamında Məhəmməd Mirzəbəyovun cərimə meydançası daxilindəki ehtiyatsız oyunu az qala komandaya baha gələcəkdi. "Qəbələ"nin qapısına penalti təyin olunsa da, ukraynalı qapıçı Bezotosnı rəqib kapitan Kantanın zərbəsini dəf edə bilib.
 
Bunan 10 dəqiqə sonra isə Nika Kvekveskiri hesabı açıb. Gürcü yarımmüdafiəçi cərimə zərbəsindən sonra iti bucaq altında yaxın küncü dəqiq nişan alıb. Təmsilçimiz bir də 63-cü dəqiqədə qol sevinci yaşayıb. Əks-hücum zamanı əla qurulmuş kombinasiyanı Filip Ozobiç dəqiq və baxımlı zərbə ilə tamamlayıb.
 
Rəqib 70-ci dəqiqədə qollardan birinin əvəzini çıxsa da, oyunda başqa qol olmayıb və hesab 2:1 hesabı ilə "Qəbələ"nin xeyrinə başa çatıb. Səfər matçlarında uğursuz çıxış edən "qırmızı-qaralar" bu sindromu qırmaqla yanaşı, həm də təmsilçilərimizin avrokuboklardakı yubiley - 70-ci qələbəsinə imza atıblar.

Qəbələlilər bu qələbə ilə ilkə imza atıblar. Azərbaycan çempionatının bürünc mükafatçısı klub tarixində ilk dəfə avrokuboklarda səfər qələbəsi qazanıb. Təmsilçimiz daha öncə rəqib meydanında keçirdiyi 9 görüşün 3-də bərabərə qalmış, 6-da isə məğlub olmuşdu.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right