"Neftçi"nin oyunu dəyişəcək futbolçusu yox idi"

Avropa Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda Bakıda "Neftçi"ylə bərabərə qalan "Şkendiya"nın baş məşqçisi Bruno Akrapoviç oyunla bağlı fikirlərini bildirib.

Newsport.az-ın məlumatına görə, bosniyalı mütəxəssi bunları deyib:

- Oyunu planlaşdırdığımız kimi oynadıq. Topa daha çox sahib olduq, daha çox hücum etdik. Düzü, rəqibin ikinci hissədə daha çox hücum edəcəyini düşünürdük. Hesab bizi razı saldı. Ancaq daha yaxşı ola bilərdi.

- "Neftçi"nin öz meydanında qonaq kimi oynayacağını gözləyirdiz?
- "Neftçi" oyunçu dəyişikliyi edə bilmirdi. Rəqibin oyunu dəyişəcək futbolçusu yox idi.

- Dünən demişdiz ki, "Neftçi" cütün favoritidi. Yenə də həmin fikirdə qalırsız?
- Biz daha yaxşı oynaya bilərdik. Amma komandamızda yorğunluq var. Dediyim kimi, cütün favortinin kim olacağı cavab matçında müəyyənləşəcək.  

Mərdan Həsənov





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right