Vəli Qasımov: "Qrup mərhələsinə vəsiqə qazana bilərik"

Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində "Neftçi” öz meydanında Makedoniyanın "Şkendiya” komandasını qəbul edib. Qarılaşma 0-0 hesablı bərabərliklə başa çatıb.

Newsport.az-ın məlumatına görəoyundan sonra keçirilən mətbuat konfransında "Neftçi”nin baş məşqçisi Vəli Qasımov fikirlərini bildirib: "Rəqibin çox böyük təcrübəsi var. Məni bir şey sevindirdi ki, komandam bu gün yaxşı oynadı. Mərhələ keçmək çətin olacaq, amma mərhələ keçsək qrup mərhələsinə vəsiqə qazana bilərik”.
 
- Bu gün hücumçu azlığından əziyyət çəkdiyinizi hiss etdiniz?
- Bəli, hiss elədik. Bəzi futbolçular ikinci hissədə yoruldu. Bəzi oyunçuların ustalıq səviyyəsi çatışmır. Futbolçular daha çox fərdi oyuna fikir verirlər ki, bu,məni razı salmadı.
 
- Daha çox müdafiədən hücum qururdunuz. Bu, sizin öz tapşırığınız idi,yoxsa rəqib "Neftçi”ni buna məcbur etdi?
- Əlbəttə, mənim tapşırığı idi. Futbolçulara tapşırıqları mən verirəm. Bəzi epizodlarda alınd, bəzi epizodlarda alınmadı. Gələcəyə baxmalıyıq. 

- İkinci hissənin sonlarında oyunçuların vaxtı uzatması da sizin tapşırıq idi?

- Azərbaycan futbolunda oyunçuların müdafiəyə qayıtmasıya bağlı problemlər var. Hücumdan sonra müdafiəçilər geriyə gec qayıdırlar. Vaxtı uzatmaqla bağlı oyunçulara heç bir tapşırıq verməmişdim. Düzünü deyim, mən oyunşuların vaxtı uzatdığını da görmədim.

Mərdan Həsənov





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right