Qriqorçuk MTK ilə oyun öncəsi niyə mətbuat konfransı keçirməyib?

Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində bu gün Macarıstanda MTK-nın qonağı olacaq "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçukun oyundan öncə mətbuat konfransının keçirilməməsinin səbəbi məlum olub.

Newsport.az-ın məlumatına görə, buna macar jurnalistlərin mətbuat konfransına gəlməməsi səbəb olub.

Belə ki, Azərbaycan klubunun nümayəndələri qarşı tərəfə müraciət edərək oyundan əvvəl mətbuat konfransı üçün öncədən xəbər vermələrini xahiş ediblər. Lakin MTK rəsmiləri konfransa bir dənə jurnalistin gəlmədiyini bildirdiklərinə görə, mətbuat konfransı da baş tutmayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right