Nika Kvekveskiri: “Bunu Macarıstanda təkrarlamalıyıq”

UEFA Avropa Liqasında çıxış edən "Qəbələ” II təsnifat mərhələsinin ilk oyununda MTK ilə qarşılaşacaq.
 

Newsport.az-ın məlumatına görə, "qırmızı-qaralar”ın mövsümlərarası fasilədə heyətinə qatdığı Nika Kvekveskiri Macarıstandakı oyun haqda fikirlərini klubun rəsmi saytına açıqlayıb:
 
"MTK-nın oyunlarını izləyib, rəqib komandanı yaxşı təhlil etmişik. Bu komanda çox yaxşı təşkil olunub. Bizi çətin oyun gözləyir. Macarıstan klubu Avropa üslubunda güc futbolu oynayır. MTK-nın güclü hücum xətti var. Qarşılaşmada maksimum mübarizə aparıb, səfərdən yaxşı nəticə ilə qayıtmağa çalışacağıq. Oyunöncəsi komandada əhval-ruhiyyə də yaxşıdır. Son görüşdə "Samtredia”ya uduzsaq da, ilk mərhələni arxada qoymuşuq. İndi yalnız MTK ilə matçı düşünürük. Meydana çıxıb sübut edəcəyik ki, "Samtredia” ilə ilk matçda göstərdiyimiz gücdəyik”.
 
Kvekvskiri matçın səfərdə keçirilməsinin böyük əhəmiyyət kəsb etmədiyini düşündüyünü də qeyd edib:
 
"Çətinliklər istənilən matçda, həm ev, həm səfərdə ola bilər. Əsas qələbə üçün bacarığından maksimum istifadə etməkdir. "Samtredia” ilə səfər matçında oyunumuz alınmamışdı. Bunu Macarıstanda təkrarlamamalıyıq. "Qəbələ”nin heyətində kifayət qədər təcrübəli futbolçular olduğundan bizim üçün səfərdə oynamaq problem yaratmayacaq”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right