MTK-nın baş məşqçisi: "Məni istənilən hesablı qələbə qane edəcək"

Macarıstanın MTK klubunun baş məşqçisi Teodor Vasiliş Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində "Qəbələ"yə qarşı keçirəcəkləri ilk oyun öncəsi fikirlərini bölüşüb.

Newsport.az-ın məlumatına görə, o, bunları söyləyib:

"Bizi təhlükəli rəqib gözləyir. Azərbaycan yığması artıq baxımlı futbol oynamağa başlayıb. Bu ölkənin klubları bir neçə dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıblar. Bu, sadəcə, bəxtdən asılı ola bilməz. "Qəbələ" UEFA reytinqində 253-cü pillədə qərarlaşıb. Biz isə 363-cüyük. Məni istənilən hesablı qələbə qane edəcək".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right