"Kəpəz" "Admira"ya məğlub oldu YENİLƏNİB

Bu gün Avropa Liqasında II təsnifat mərhələsinin ilk oyunları keçirilir.

Newsport.az-ın məlumatına görə, təmsilçilərimiz də "Kəpəz" də bu gün ilk görüşünə çıxacaq.

Gəncə təmsilçisi Avstriyada "Admira" klubununa qonağı olacaq. Şahin Diniyevin komandası cavab görüşünə rahat çıxması üçün səfərdən sərfəli nəticə ilə ayrılmalıdır. Əks təqdirdə "Kəpəz"in Bakıda işi çətin olacaq. Bu görüşün startı Bakı vaxtı ilə saat 21:00-da veriləcək.

Qeyd edək ki, bu komandalar arasında cavab görüşü iyulun 20-də Bakıda keçiriləcək.

Xatırladaq ki, "Kəpəz" I təsnifat mərhələsində Moldovanın "Daçiya" klubunu (1:0) mübarizədən kənarlaşdırıb.

 

14 iyul

Avropa Liqası, II təsnifat mərhələsinin ilk oyunu

21:00. "Admira" (Avstriya) - "Kəpəz" (Azərbaycan) 1-0

Qol: Starkl, 41 (1:0)
Baş hakim: Pavle Radovanoviç
Köməkçi hakimlər: Dimitriye Mrqudoviç və Aleksandr Dyuikanoviç
Dördüncü hakim: Miloş Savoviç (hamısı Monteneqro)
Sent Polten. "NV Arena".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right