"Qəbələ"dən səfər qələbəsi YENİLƏNİB

Bu gün Avropa Liqasında II təsnifat mərhələsinin ilk oyunları keçirilir.

Newsport.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi "Qəbələ" bu mövsüm turnirdə üçüncü matçına çıxacaq.

Roman Qriqorçukun komandası Macarıstanda MTK klubunun qonağı olacaq. İlkin mərhələdə Gürcüstanın "Samtredia" klubunu mübarizədən kənarlaşdıran "qırmızı-qaralar" bu səddi də keçməyə çalışacaq. Bunun üçün "Qəbələ" səfərdən sərfəli nəticə ilə ayrılmalıdr. Oyun Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

Qeyd edək ki, bu komandalar arasında cavab görüşü iyulun 21-də Bakıda, 8-ci km qəsəbə stadionunda keçiriləcək.

 

 


14 iyul

Avropa Liqası, II təsnifat mərhələsinin ilk oyunu 

22:30. MTK (Budapeşt, Macarıstan) - "Qəbələ" (Azərbaycan) 1-2

Qollar: Nika Kvekveskiri, 25 (0:1), Filip Ozobiç, 63 (0:2), Şandor Togelle, 70 (1:2)

Baş hakim: Boyan Pandjiç 
Köməkçi hakimlər: Stefan Hallberq və Maqnus Syoblom 
Dördüncü referi: Mohammed Al-Hakimi (hamısı İsveç)
Qyor şəhəri. "Qyirmoti" stadionu.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right