“Kəpəz” Avstriyadadır

UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk oyununda səfərdə “Admira” ilə qarşılaşacaq “Kəpəz” ötən gün Avstriyaya yollanıb.

Newsport.az-ın məlumatına görə, çarter reysi ilə Bratislavaya (Slovakiya) gələn komanda oradan avtobusla Sankt-Pölten şəhərinə yollanıb.  Təxminən saatyarımlıq yolçuluqdan sonra “sarı-göylər” “Lengbachhof” otelinə çatıb. Nahardan sonra komanda üzvləri istirahətə çəkilib. “Kəpəz” yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə 20:00-da) “NV Arena”da oyun öncəsi son məşqinə çıxıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right