Şahin Diniyev: "Qalib heyəti dəyişməyə ehtiyac görmürəm"

İyulun 14-də UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk oyununda “Kəpəz”  Avstriyada “Admira” ilə üz-üzə gələcək.

Newsport.az-ın məlumatına görə, Gəncə klubunun baş məşqçisi Şahin Diniyev qarşıdakı matçla bağlı fikirlərini klub saytı ilə bölüşüb:

“Ötən hər gün “Kəpəz”in xeyrinədir. Çünki komandaya yeni qoşulan futbolçuların oyun sisteminə uyğunlaşması və xətlərarası anlaşmanın yüksək səviyyədə olması üçün vaxta ehtiyac var. “Daçiya” ilə oyunlardan sonra komandada irəliləyiş var, amma deməzdim ki, hər şey ideal vəziyyətdədir. Çatışmayan cəhətlərimiz çoxdur. "Admira" ilə ilk oyunda bunları minimuma endirməyə çalışacağıq.

Qarşımızda ciddi rəqib dayanıb, oyunlarını izləmişəm. Sürətli və atletik futbola üstünlük verirlər. Yaxşı futbolçuları var. Hücumda və müdafiədə tez bir zamanda çoxalmağı bacarırlar. Onların mənfi cəhətlərini tapmaq olduqca çətindir.

Komandamızın ümumi durumu yaxşıdır. Zədəlilərin olmaması məni sevindirir. Necə oynacağımızı açıqlamaq istəmirəm. Biz kompakt şəkildə mübarizə aparmağa çalışacağıq. Rəqibə boş zona verməməliyik. Bunun sayəsində nəyəsə nail olmaq olar. Əsas heyəti müəyyənləşdirmişəm. Qalib heyəti dəyişməyə ehtiyac görmürəm.

“Kəpəz” Azərbaycanı layiqincə təmsil etmək üçün meydana çıxacaq. Uğurlu nəticə olarsa, daha yaxşı olar. Yenə deyirəm, rəqib hər cəhətdən bizdən çox üstündür. Amma futbolda ustalıq və üstünlük həmişə rol oynamır, motivasiya və aqressiya da əsas amillərdəndir. “Kəpəz” Avropa Liqasında bu mövsüm üçün yaxşı nəticə göstərib, bunu unutmamaq lazımdır”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right