"Gərək 5-6 qol vuraq ki..." - Vəli Qasımov

“Neftçi” sabah Avropa Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Makedoniya təmsilçisi “Şkendiya”nı qəbul edəcək.

Newsport.az-ın məlumatına görə, bu gün “Neftçi”nin mətbuat konfransi təşkil olunub. Mətbuat konfransında “ağ-qaralar”ın baş məşqçisi Vəli Qasımov jurnalistlərin suallarını cavablandırıb:

- Bizi çətin oyun gözləyir. Rəqibin yaxşı oyunçuları var. Evdə qalib gəlmək üçün darıxmışıq. Əlimizdən gələni edəcəyik ki, sabahkı oyundan qələbəylə ayrılaq.

- "Şkendiya"nın bir neçə oyununu izləmişik. Çox zəif komanda təəssüratı oyatdı... 
- Malta klubu da zəif idi, ancaq uduzduq. Müdafiə xətləri çox güclüdü.

- "Baltsan" məğlubiyyəti komandaya yaxşı dərs oldu? 
- Rəqibin heyətində 6 legioner, 5 nəfər də milli üzvü var. Cütün taleyini birinci oyundan həll etmək çox çətindi. Gərək 5-6 qol vuraq ki, cütün taleyini həll edək. Bu da çox çətindi. Çalışacağıq ki, istənilən hesablı qələbə qazanaq.

- "Baltsan" məğlubiyyətindən sonra nə dəyişib? 
- Heç kim uduzmağı sevmir. Əsas odu, problemlərimizi görmüşük. "Baltsan"la oyunun ilk hissəsində pis oynamadıq. İkinci hissədə zəif təsir bağışladıq.

- Ötən dəfə demişdiz ki, bu heyət kifayət deyil. Yeni oyunçuların transferi üçün problem nədi? 
- Yeni oyunçularla danışıqlar gedir. Ancaq hələ ki, yekunlaşdıra bilməmişik.

- Rəhbərlik indiki heyətlə iki mərhələ keçmək vəzifəsi qoyub? 
- Yox, rəhbərlik də yeni oyunçuların transferini istəyir.

- Start heyətini müəyyənləşdirmisiz? 
- Demək olar, müəyyənləşdirmişəm. Amma açıqlamaq istəmirəm. Elşən Abdullayevin zədəsi var. Onun vəziyyəti dəqiq deyil. "Baltsan"la oyunlarla müqayisədə ciddi dəyişikliklər olmayacaq. Ancaq müəyyən dəyişikliklər olacaq. Hər şeyi nəzərə almışıq. Komanda onlara qarşı oynamağa tam hazırdı.

- Rəqibin heyətində elə oyunçu var ki, ona xüsusi diqqət yetirəsiz? 
- Ümumi komandaya qarşı oyuna hazırlaşırıq. Amma bəzi oyunçular var ki, onlara xüsusi diqqət yetirmək lazımdı.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right