"Qəbələ" üçün isveçlilər

Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək MTK - "Qəbələ" matçını idarə edəcək hakimlər briqadası bəlli olub. 
Newsport.az-ın məlumatına görə, Macarıstanda baş tutacaq qarşılaşmada ədaləti İsveçdən olan hakimlər briqadası qoruyacaq. 
Belə ki, matçın baş hakimi Boyan Pandjiç, yan xətt hakimlər isə Stefan Hallberq və Maqnus Syoblom olacaq. Oyunda dördüncü hakim funksiyasını Mohammed Al-Hakim yerinə yetirəcək.
Qeyd edək ki,  MTK – "Qəbələ” oyunu Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right