“Admira” – “Kəpəz” oyunu Monteneqrodan olan hakimlərə tapşırıldı

Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində baş tutacaq "Admira” – "Kəpəz” oyununu idarə edəcək hakimlər briqadası bəlli olub. 
Newsport.az-ın məlumatına görə, Avstriyada baş tutacaq qarşılaşma Monteneqrodan olan hakimlər briqadasına həvalə edilib.  

Belə ki, matçın baş hakimi Pavle Radovanoviç olacaq. Ona bu işin icrasında həmyerliləri Dmitriye Mrqudoviç və Aleksandr Djikanoviç köməklik göstərəcəklər. Qarşılaşmada dördüncü hakim funksiyasını  Miloş Savaviç yerinə yetirəcək. 
 
Qeyd edək ki, "Admira” və "Kəpəz” komandaları arasında baş tutacaq matç iyulun 14-dı baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right