Teo Uiks bombardirlər siyahısında, "Neftçi"nin futbolçusu da "fərqləndi"

Avropa Liqasının I təsnifat mərhələsindən sonra statistik göstəricilər açıqlanıb.
 
Newsport.az UEFA-nın rəsmi saytına istinaən xəbər verir ki, "Qəbələ"nin futbolçusu Teo Uiks və "AEK Larnaka"nın futbolçusu İvan Triçkovski 4 qolla turnirin bombardiridir.
 
Ən çox assit edən futbolçular "Bröndbi"dən Andreu Hyulsaqer (5) və "Mitdyulland"dan Rasmus Nissendir (3).
 
Ən çox oyundankənar vəziyyətə düşən oyunçular arsında "Neftçi"nin hücumçusu Ruslan Qurbanovun da adı var. Belə ki, Qurbanov 4 dəfə mənfi mənada fərqlənib. O, bu göstəricidə 4-cü yerdədir.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right