Hər üç klubumuz Avroliqada II mərhələyə vəsiqə qazandı

Avropa Liqasında I təsnifat mərhələsinə yekun vurulub.

Newsport.az-ın məlumatına görəbu mərhələdə mübarizə aparan üç klubumuz: "Qəbələ", "Kəpəz" və "Neftçi" növbəti mərhələyə vəsiqə qazanıb.

Doğma meydanda Gürcüstanın "Samtredia" klubuna 5:1 hesabı ilə qalib gələn "Qəbələ" səfərdə rəqibinə 1:2 hesabı ilə məğlub olmasına baxmayaraq iki oyunun nəticəsinə görə sonda sevinən tərəf olub. İlk oyunda Moldova "Daçiya"sı ilə qolsuz heç-heçə edən "Kəpəz" isə səfərdə rəqibini 1:0 hesabı ilə məğlub edərək II mərhələyə yüksəlib. Səfərdə Malta "Baltsan"ı 2:0 hesabı ilə məğlub edən "Neftçi" isə cavab matçında 1:2 hesabı ilə məğlub olmasına baxmayaraq iki oyunun nəticəsinə görə rəqibini mübarizədən kənarlaşdırıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right